Digər · APA Sport
Millimiz Moldovaya məğlub olub

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Moldova ilə ikinci yoxlama matçını keçirib.
Apasport.az xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında baş tutan görüş rəqibin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin qollarını 2-ci və 67-ci dəqiqələrdə Ayşən Salamzadə, 65-ci dəqiqədə isə Xanım Əsədova vurublar.
Qeyd edək ki, bu komandalar arasında sözügedən məkanda sentyabrın 14-də keçirilən və əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında (5:4) Moldova millisi qələbə qazanmışdı.