İdman24
Futbol · APA Sport

"Yuventus"un qolkiperi Premyer Liqada - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Yuventus"un qapıçısı Mikele Di Qreqorionu icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı qolkiper mövsümün sonuna kimi "Bornmut"un formasını geyinəccək. "Qırmızı-qaralar" 29 yaşlı oyunçu üçün qarşı tərəfə 1,3 milyon avro icarə haqqı ödəyib.

Qeyd edək ki, "Yuventus" Mikele Di Qreqorionu 2024-cü ilin yayında "Montsa"dan transfer edib.

Orijinal mənbə

İdman24 əsas səhifə