İdman24
Futbol · APA Sport

DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu - YENİLƏNİB

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə D qrupunun iki görüşü baş tutub.

Paraqvay millisi Avstraliya ilə qarşılaşıb. Oyun başladığı kimi də başa çatb: 0:0. Avstraliya 4 xalla qrupu ikinci, eyni xalla Paraqvay isə 3-cü pillədə başa vurub. Hər iki komanda adını 1/16 finala yazdırmağı bacarıb.

Qrupun digər matçında isə ev sahibi ABŞ Türkiyə ilə üz-üzə gəlib. 5 qolun vurulduğu matçda qalib Türkiyə millisi olub: 3:2.

Qrupu 3 xalla sonuncu pillədə bitirən Türkiyə üçün mundial başa çatıb. ABŞ 6 xalla qrupu lider kimi başa vurub.

Hər iki matç Bakı vaxtı ilə saat 06:00-da start götürüb.

DÇ-2026 D qrupu, III tur 26 iyun 06:00. Paraqvay - Avstraliya 0:0

Qol: Trasti, 3, Arda Güler, 10, O. Kökçü, 31, Serhalter, 69, Kaan Ayhan, 90+8

Orijinal mənbə

İdman24 əsas səhifə