İdman24
Futbol · APA Sport

“Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi

“Mançester Yunayted” “Kristal Pelas”ın müdafiəçisi Tayrik Mitçelllə maraqlanır.

Apasport.az xəbər verir ki, Mançester təmsilçisi 27 yaşlı sol cinah müdafiəçisinin müqavilə vəziyyətini yaxından izləyir.

“Football Insider”in məlumatına görə, Mitçell “Yunayted”in gələn yay üçün transfer siyahısında ön sıralardadır.

“Kristal Pelas” futbolçunu komandada saxlamaq və onunla yeni müqavilə bağlamaq üçün danışıqlar aparır. Mitçellin hazırkı anlaşması 2027-ci ilin yayında başa çatacaq.

“Mançester Yunayted” rəhbərliyi müdafiənin sol cinahını gücləndirməyi prioritet hesab edir. Klub Premyer Liqaya uyğunlaşmaq üçün əlavə vaxta ehtiyac duymayacaq futbolçu axtarır və Mitçellin İngiltərə çempionatındakı zəngin təcrübəsi onun üstünlüklərindən biri kimi qiymətləndirilir.

Futbolçu ilə “Liverpul” və “Çelsi”nin də maraqlandığı bildirilir.

Qeyd edək ki, Tayrik Mitçell 2020-ci ildən “Kristal Pelas”ın əsas komandasında çıxış edir və klubun heyətində 240-dan çox oyun keçirib.

Orijinal mənbə

İdman24 əsas səhifə