İdman24
Futbol · APA Sport

"Difai"nin futbolçusu "Gəncəbasar"da

“Gəncəbasar” heyətinə daha bir futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, bölgə klubu Rüfət Tahirovu transfer edib.

21 yaşlı müdafiəçi mövsümün sonunadək komandada çıxış edəcək. Tahirovun son klubu “Difai” olub.

Xatırladaq ki, “Gəncəbasar” daha əvvəl hücumçular İlham Hüseynov və Cavad Kərimov, yarımmüdafiəçilər Samir Məhərrəmli və Nihat Fərəci, müdafiəçilər Mahir Həsənov və Antoni Hunpe ilə anlaşıb.

Orijinal mənbə

İdman24 əsas səhifə