İdman24
Futbol · APA Sport

“Sabah”dan yeni sponsorluq müqaviləsi

“Sabah” beynəlxalq “Scorpio Group” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Apasport.az xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, “Scorpio Group” Bakı təmsilçisinin texniki sponsoru olacaq.

Baş ofisi Monakoda yerləşən “Scorpio Group” dəniz nəqliyyatı və gəmiçilik sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Klub yeni tərəfdaşını salamlamaqdan məmnunluq duyduğunu bildirib və əməkdaşlığın hər iki tərəf üçün uğurlu olmasını arzulayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə