İdman24
Futbol · Report İdman

"Arsenal" xərcləri azaltmaq məqsədilə 60 iş yerini ləğv etməyi planlaşdırır

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 25° C USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Arsenal" xərcləri azaltmaq məqsədilə 60 iş yerini ləğv etməyi planlaşdırır Futbol 14 oktyabr, 2026 17:14 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

İngiltərənin "Arsenal" klubu xərclərin optimallaşdırılması proqramı çərçivəsində təxminən 60 iş yerini ixtisar etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Kub rəhbərliyi artıq əməkdaşları nəzərdə tutulan ixtisarlar barədə məlumatlandırıb. Dəyişikliklərin bir neçə struktur bölməsini əhatə edəcəyi bildirilir.

İxtisarların kişi və qadın komandalarının məşqçilər heyətinə, fiziki hazırlıq üzrə mütəxəssislərə, komandaların fəaliyyətini təmin edən əməkdaşlara, təhlükəsizlik xidmətinin işçilərinə, xeyriyyə fondunun əməkdaşlarına və qadın komandasında birbaşa çalışan digər işçilərə şamil olunmayacağı qeyd edilir.

Hazırda məsələ ilə bağlı məsləhətləşmələr aparılır. Buna görə də ixtisarların miqyası və yekun qərar dəyişə bilər.

Qeyd edək ki, ixtisar planı klubun Premyer Liqada çempionluq qazanması və UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən bir neçə ay sonra gündəmə gəlib.

"Arsenal" 2024/2025 maliyyə ilində rekord məbləğdə - 691 milyon funt-sterlinq gəlir əldə edib. Bununla belə, klub həmin dövrü 1,4 milyon funt-sterlinq zərərlə başa vurub.

Xatırladaq ki, London təmsilçisi 2020-ci ildə də koronavirus pandemiyası ilə əlaqədar 55 əməkdaşının iş yerini ixtisar edəcəyini açıqlamışdı.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:15 Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub Xarici siyasət 18:10 Foto Video "Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib Hərbi 18:02 Foto Emoməli Rəhmon Azərbaycanda səfərdədir Xarici siyasət 17:44 Foto Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Xarici siyasət 17:39 Luis Suares "Sportinq"in UEFA Çempionlar Liqasındakı rekordçusu olub Futbol 17:36 Nazir müavini: "Laosun Orta Dəhlizə qoşulmasını təmin etməliyik" İnfrastruktur 17:34 "Bank VTB Azərbaycan"ın xalis mənfəəti 27 %-ə yaxın azalıb Maliyyə 17:34 Müsahi̇bə Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir Sosial müdafiə 17:22 Foto Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə