İdman24
Futbol · Report İdman

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 28° C USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram" Futbol 23 sentyabr, 2026 16:55 Yuri Maksimov "Araz-Naxçıvan"ın futbolçularının bir qismini tanıyır.

"Report" xəbər verir ki, ukraynalı mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlama verib.

Mütəxəssis Azərbaycandakı fəaliyyətini xatırlayıb:

"Azərbaycanda ilk dəfə işləmirəm. Burada əvvəllər də işlədiyimə görə, mentaliteti bilirəm, futbolçuların bir qismini tanıyıram. Bakıda kifayət qədər dostlarım da var".

O, ölkə çempionatının səviyyəsini dəyərləndirib:

"Premyer Liqanın maraqlı keçdiyini deyə bilərəm. Bunun nəticəsidir ki, Azərbaycanın UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsilçisi var".

Y.Maksimov komandanın heyətinə bələd olduğunu bildirib:

"Araz-Naxçıvan"ın "İmişli" ilə oyunu istisna olmaqla qalan matçlarını izləmişəm. Komanda, heyətlə bağlı ümumi məlumatım var. Harada axsadığımızı, harada üstünlük qazana biləcəyimizi bilirəm. İşləmək lazımdır. Sabah kollektivlə ilk məşqə çıxacağıq. Bilirəm ki, 4 futbolçumuz milli komandaların düşərgəsinə yollandığına görə bizə sonra qoşulacaqlar".

Baş məşqçi əsas məqsədi açıqlayıb:

"İndiki məqamda ilk tapşırığımız turnir cədvəlinin sonuncu pilləsindən üst sıralara yüksəlməkdir. Komanda özünə inanmalıdır. Mümkün qədər üst sıralara qalxmalıyıq. İndi bizim üçün çox həssas məqamdır. Yenə deyirəm, asan olmayacaq. Çünki çempionat çox rəqabətli keçir, komandalar güclüdürlər və hər birinin müəyyən məqsədi var".

Qeyd edək ki, "Araz-Naxçıvan" Yuri Maksimovla 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 28° C Son xəbərlər 17:40 Foto Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib Fərdi 17:34 Foto Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub Xarici siyasət 17:29 Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL Sənaye 17:27 "Formula 1" Bakı mərhələsinin trasdankənar ən yaxşı 10 anını açıqlayıb Formula 1 17:24 "Aznur" minifutbol klubu Çempionlar Liqasında ilk matçını keçirib Futbol 17:19 Azərbaycanın qarşısında duran əsas vəzifə təbii sərvətləri milli inkişafın davamlı mənbəyinə çevirməkdir - RƏY Energetika 17:18 Əfv olunan Özdemir Salih: Ailəsini, övladlarını sevən kimsə cinayət törətməsin Daxili siyasət 17:13 Azərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb Biznes 16:59 Milli Kibertəhlükəsizlik Agentliyi "Global Anti-Scam Alliance"na üzv olub İKT Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə