İdman24
Voleybol · APA Sport

Çimərlik voleybolçularımız beynəlxalq turnirin qalibi olublar

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Tekirdağ bölgəsində təşkil olunan və FIVB reytinq xalları qazandıran açıq çempionatda uğurlu çıxışla yadda qalıblar.

Apasport.az xəbər verir ki, 16 komandanın mübarizə apardığı yarışda ölkəmizi İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütlüyü təmsil edib.

Voleybolçularımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Qadınların yarışında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü isə 16 komanda arasında 4-cü yeri tutub.

Qeyd edək ki, baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə çimərlik voleybolçularımız Türkiyədə daha bir beynəlxalq yarışda çıxış edəcəklər. Çatalca şəhərində keçiriləcək turnirdə qadınlar arasında Səbinə Əlizadə/Leyla Əliyeva, kişilər arasında isə İbrahim Məmmədov/Muhəmməd Aslanlı mübarizə aparacaqlar.

Orijinal mənbə

İdman24 əsas səhifə