Azərbaycan İdman Akademiyası və Azərbaycan Güləş Federasiyası arasında memorandum imzalanıb

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 22° C USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan İdman Akademiyası və Azərbaycan Güləş Federasiyası arasında memorandum imzalanıb Fərdi 25 sentyabr, 2026 17:41 Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Güləş Federasiyası (AGF) arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Bu barədə "Report" a akademiyanın mətbuat xidmətindən bildirlib.
ASA-nın rektoru Fuad Hacıyevin də iştirak etdiyi tədbirdə Memorandum ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva və AGF-nin baş katibi Pərvin Piriyev tərəfindən imzalanıb. Anlaşmanın əsas məqsədi təhsil, idman, elm və tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihə və proqramların həyata keçirilməsi, güləş idman növünün inkişafına və kütləviləşdirilməsinə, eləcə də yüksəkixtisaslı idman mütəxəssislərinin hazırlanmasına dəstək göstərilməsidir.
Memorandum çərçivəsində idmançıların, məşqçilərin, hakimlərin və digər idman mütəxəssislərinin peşəkar hazırlığı və inkişafı, tələbələr üçün praktiki təcrübə imkanlarının yaradılması, birgə yarış, seminar, təlim və ustad dərslərin təşkili, həmçinin tədqiqatların aparılması istiqamətlərində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Memorandum ASA-nın tədris, elm və ömürboyu təhsil imkanları ilə AGF-nin idman infrastrukturu və praktiki təcrübəsindən qarşılıqlı istifadəyə, istedadlı və perspektivli idmançıların müəyyənləşdirilməsi və inkişafına, tələbə və gənclərin idmana cəlb olunmasına imkan yaradır.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 18:40 "Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib Digər ölkələr 18:35 TDT Katibliyində dövlət bayraqları Qazaxıstanla həmrəylik əlaməti olaraq endirilib Xarici siyasət 18:33 Azərbaycanla Şimali Makedoniya iqtisadi əməkdaşlığı müzakirə edib Biznes 18:31 FAO: Rəqəmsal innovasiyalar bütün təsərrüfatlar və müəssisələr üçün əlçatan olmalıdır ASK 18:31 Foto AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Biznes 18:26 Foto Baş Prokurorluqda şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib Daxili siyasət 18:23 Foto AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub İnfrastruktur 18:20 Foto Video "Birliyin Gücü - 2026" təliminin iştirakçıları üçün konsert proqramı təşkil edilib Hərbi 18:19 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.