İdman24
Digər · APA Sport

“Fiorentina”dan “Trabzonspor”un gənc ulduzuna 30 milyonluq təklif

“Fiorentina” “Trabzonspor”un yarımmüdafiəçisi Krist İnao Oualinin transferi üçün danışıqları sürətləndirib.

Apasport.az xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb.

Mənbənin iddiasına görə, İtaliya klubu 20 yaşlı fil dişi sahilli futbolçu üçün 30 milyon avro, bonuslar və növbəti satışdan payı əhatə edən təklif hazırlayıb.

Bildirilir ki, “Fiorentina” artıq “Trabzonspor”la razılıq əldə edib.

Transfer danışıqlarının gələn həftə yekunlaşacağı, “Fiorentina” rəsmilərinin razılaşmanı rəsmiləşdirmək üçün Türkiyəyə səfər edəcəyi vurğulanıb.

Futbolçunun menecerləri ilə keçiriləcək görüşdən sonra transferin son mərhələyə keçəcəyi gözlənilir.

Orijinal mənbə

İdman24 əsas səhifə