İdman24
Digər · APA Sport

Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi kimi ilk məşqini keçirib.

Apasport.az xəbər verir ki, 54 yaşlı mütəxəssis sentyabrın 21-də Klerfontendə komandanı məşqə çıxarıb.

Bu, onun iyulda Fransa millisinin baş məşqçisi təyin olunmasından sonra yığma ilə ilk toplanışıdır.

Didye Deşamı əvəzləyən Zidanın rəhbərliyi altında Fransa daha hücumameyilli futbol sərgiləməyi planlaşdırır. Mütəxəssis ilk heyət seçimində də bir neçə yeni futbolçuya şans verib.

Zidan Fransa millisinin baş məşqçisi kimi ilk oyununu sentyabrın 25-də keçirəcək. Komanda UEFA Millətlər Liqasında səfərdə Türkiyə ilə qarşılaşacaq.

Qeyd edək ki, Zidan sonuncu dəfə 2021-ci ildə Madrid “Real”ını çalışdırıb. O, Fransa millisi ilə 4 illik müqavilə bağlayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə