Digər · APA Sport
Pulişiç “Milan”da qalacaq?

“Milan”ın hücumçusu Kristian Pulişiç komanda ilə müqaviləsini uzadacaq.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin iddiasına görə, 28 yaşlı futbolçu ilə razılaşma 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Pulişiçin illik maaşı isə 6 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Kristian Pulişiç 2023-cü ildən “Milan”da çıxış edir. O, bu mövsüm İtaliya çempionatında keçirdiyi 6 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.