Digər · APA Sport
KL: “Trabzonspor” “Frayburq”u qəbul edir – YENİLƏNİR

“Trabzonspor” bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi IV tur çərçivəsində Almaniyanın “Frayburq” klubu ilə qarşılaşacaq.
Trabzondakı “Papara Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qarşılaşmanı estoniyalı FIFA referisi Kristo Tohver idarə edəcək. “Trabzonspor” keçirdiyi 2 oyunun hər ikisində qələbə qazanaraq 6 xal toplayıb və turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
“Frayburq” isə 2 görüşdə 3 xal toplayaraq 18-ci sırada yer alıb.
UEFA Konfrans Liqası, Liqa mərhələsi,
21:45. “Trabzonspor” – “Frayburq”
Hakim : Kristo Tohver (Estoniya)