Məhəmməd Ben Sulayem: "Bakıdakı "Formula 1" tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır"

İlham Əliyev 27 Sentyabr - Anım Günü Bakı 25° C USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev 27 Sentyabr - Anım Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Məhəmməd Ben Sulayem: "Bakıdakı "Formula 1" tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır" İdman 27 sentyabr, 2026 13:54 "Formula 1" üzrə Azərbaycan Qran-prisi tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem açıqlama verib.
O, Bakı Şəhər Halqasının unikal atmosferi və fərqli xüsusiyyətlərindən danışıb:
"Biz Bakıya gəlməyi çox sevirik. Bakı Şəhər Halqası unikal trekdir və həqiqətən, möhtəşəmdir. Burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır. Bu trek pilotlar qarşısında fərqli və çətin çağırışlar qoymaqla yanaşı, tamaşaçılara da maraqlı yarış izləmək imkanı yaradır".
FIA rəhbərinin sözlərinə görə, bu gün avtomobil idmanı yalnız pilotların trasdakı mübarizəsindən ibarət deyil:
"İdman artıq əvvəlki kimi yalnız pilotlar arasında rəqabətdən ibarət deyil. Bu, böyük biznes, turizm, rəqabət və əyləncədir. Azərbaycan bütün bunları özündə birləşdirir. Bu səviyyənin qorunub saxlanılması və daim inkişaf etdirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm".
FIA prezidenti Azərbaycanın "Formula 1" ilə əməkdaşlığının gələcəyinə də toxunaraq ölkənin bu istiqamətdə uzunmüddətli yanaşmasını müsbət qiymətləndirib:
"Burada gələcəyə hesablanmış planların olduğunu görürəm. Bu, təkcə idman üçün deyil, ölkə üçün də vacibdir. Buna görə də bizim tam dəstəyimiz var".
Xatırladaq ki, ötən gün "Mersedes" pilotu Corc Rassell Azərbaycan Qran-prisinin qalibi olub.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано Мохаммед Бен Сулайем: Гран-при Азербайджана "Формулы 1" представил увлекательную гонку Mohammed Ben Sulayem: Azerbaijan Formula 1 Grand Prix delivered an exciting race USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 14:57 Foto Cənub bölgələrində də şəhidlərin xatirələri yad olunub Daxili siyasət 14:48 Foto Xaçmaz rayonunda Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib Daxili siyasət 14:46 Foto Anım Günü ilə bağlı 80 vətəndaşa pulsuz hüquqi yardım göstərilib Daxili siyasət 14:41 SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib Region 14:38 Foto Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib Daxili siyasət 14:31 Foto Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib Daxili siyasət 14:26 Foto Video DSX-də Anım Günü ilə bağlı tədbirlər keçirilib Daxili siyasət 14:22 Foto Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Daxili siyasət 14:19 "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Formula 1 Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.