İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib

İlham Əliyev Zəfərə gedən yol Bakı 21° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib Fərdi 12 oktyabr, 2026 22:37 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
İrlandiyanın üzgüçülük üzrə milli komandasının sabiq məşqçisi Corc Gibni yetkinlik yaşına çatmayan idmançılara qarşı cinsi zorakılıq ittihamları üzrə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Müvafiq hökm Dublin Mərkəzi Cinayət Məhkəməsi tərəfindən çıxarılıb. İyul ayında 78 yaşlı Gibni nalayiq davranışla bağlı 39, zorlama cəhdinə görə isə bir epizod üzrə təqsirli bilinib. Cinayətlərin 1970–1980-ci illərdə dörd yetkinlik yaşına çatmayan qıza qarşı törədildiyi bildirilib.
Qeyd edək ki, Gibni 1984 və 1988-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarında İrlandiya yığmasının baş məşqçisi olub.
1990-cı illərdə ona yetkinlik yaşına çatmayanlara qarşı cinsi xarakterli cinayətlərlə bağlı 27 ittiham irəli sürülüb. Lakin 1993-cü ildə məhkəmə iddia edilən cinayətlərdən uzun müddət keçdiyinə görə onun mühakimə oluna bilməyəcəyi barədə qərar qəbul edib.
Daha sonra ABŞ-yə köçən Gibni ilə bağlı iş 2020–2022-ci illərdə yenidən gündəmə gəlib. Həmin dövrdə zorakılığa məruz qaldıqları zaman yetkinlik yaşına çatmayan şəxslər İrlandiya polisinə yeni ifadələr veriblər. Bu ifadələr yeni ittihamların irəli sürülməsinə və onun ekstradisiyası üçün orderin verilməsinə səbəb olub.
2025-ci ildə Gibni ABŞ-dən İrlandiyaya ekstradisiya edilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Экс-тренеру сборной Ирландии дали 15,5 лет тюрьмы за насилие --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 00:08 Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb Digər ölkələr 23:46 Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib Digər ölkələr 23:14 İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Region 22:56 Video İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Xarici siyasət 22:52 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Digər ölkələr 22:37 İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib Fərdi 22:35 Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır Region 22:20 İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb - YENİLƏNİB Digər ölkələr 22:07 İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.