İdman24
Basketbol · Report İdman

"Neftçi"nin basketbolçusu Şakeyl Prays: "FIBA Avropa Kubokunda mərhələ adlamaq üçün yaxşı şans var"

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Neftçi"nin basketbolçusu Şakeyl Prays: "FIBA Avropa Kubokunda mərhələ adlamaq üçün yaxşı şans var" Komanda 08 oktyabr, 2026 13:01 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

FIBA Avropa Kubokunun H qrupunun I turunda Yunanıstanın "Mikonos" kollektivinə 58:78 hesabı ilə uduzan "Neftçi" növbəti mərhələyə yüksəlmək şansını saxlayır.

Bunu "Report" a açıqlamasında komandanın üzvü Şakeyl Prays deyib.

O, matçın ilk yarısında yaxşı mübarizə apardıqlarını bildirib:

"Birinci hissədə yaxşı mübarizə apardığımızı, topu yaxşı paylaşdığımızı və müdafiədə inamlı oynadığımızı düşünürəm. İkinci hissədə rəqib daha aqressiv çıxış etdi. Xüsusilə üçüncü periodda cavab verməkdə çətinlik çəkdik. Yekun hesabın matçın tam mənzərəsini əks etdirdiyini düşünmürəm. İlk iki hissədə rəqabətədavamlı idik, lakin uduzduğumuz üçüncü period rəqibə böyük üstünlük qazanmaq imkanı verdi".

Ş.Prays oyunun səfərdə keçirilməsinin və azarkeş təzyiqinin nəticəyə təsir etmədiyini vurğulayıb:

"Səfərdə oynamaq hər zaman çətindir, lakin bu həm də mübarizə aparmaq üçün maraqlı mühit idi. Ab-havanın məğlubiyyətə səbəb olduğunu düşünmürəm. Harada oynamağımızdan asılı olmayaraq, diqqətli olmalı və tapşırıqları yerinə yetirməliyik. Əlbəttə, nəticədən məyusuq, lakin nikbinliyimizi qoruyuruq. Çatmaq istədiyimiz komanda səviyyəsinə doğru irəliləməyə davam edirik. Bu bir prosesdir və biz hər oyundan dərs almağa, inkişaf etməyə və birlikdə irəliyə doğru addımlamağa diqqət yetiririk".

Kanadalı 25 yaşlı basketbolçu komandanın potensialına inandığını qeyd edib:

"Komandamıza inanıram. Mübarizə aparmaq iqtidarında olduğumuzu göstərdik. Lakin 40 dəqiqənin hamısını eyni səviyyədə keçirməliyik. Birlikdə qalsaq, müdafiəni təkmilləşdirsək və hücumda dəqiq oynasaq, mərhələ adlamaq üçün yaxşı şansımızın olacağına inanıram".

Qeyd edək ki, H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları da yer alıb.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 13:58 Ammar Alesah: Suriya itkin düşmüş şəxslər probleminin həllində Azərbaycanla əməkdaşlıqda maraqlıdır Xarici siyasət 13:52 İvan Smilqin: "Belarus-Azərbaycan tərəfdaşlığı strateji səviyyəyə yüksəlib" Biznes 13:51 Bakıda itkin düşmüş şəxslərlə bağlı humanitar əməkdaşlıq üzrə panel sessiyası keçirilib Xarici siyasət 13:49 Dünya çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB Fərdi 13:43 Səfir: "Minsk və Bakı ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir" ASK 13:35 Suriya Milli İtkin Şəxslər Komissiyası: Ölkədə təxminən 140 min nəfər itkin düşüb Xarici siyasət 13:33 Polşada məktəbə hücum nəticəsində ölən və yaralananlar var Digər ölkələr 13:32 ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb İnfrastruktur 13:29 Son 5 ildə Belarusla Azərbaycan arasında aqrar məhsulların qarşılıqlı ticarəti 2 dəfə artırıb ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə