İdman24
Digər · APA Sport

Arda Gülər "Real"da qalır – 2032-ci ilədək

“Real” Arda Gülərlə yeni müqavilə imzalamaqla bağlı razılığa gəlib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Madrid klubu ilə Türkiyə millisinin 21 yaşlı futbolçusu arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Arda yeni müqavilənin bütün şərtlərini qəbul edib.

Razılaşmaya əsasən, futbolçunun yeni sözləşməsi 2032-ci ilin iyununa qədər qüvvədə olacaq. Tərəflər arasında 6 illik yeni müqavilə imzalanacaq və bunun yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.

Arda Gülərin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər idi. “Real” onun komandadakı rolunu və son dövrdəki çıxışını nəzərə alaraq sözləşməni daha uzun müddətə yeniləmək qərarı verib.

Qeyd edək ki, Arda Gülər 2023-cü ilin yayında “Fənərbaxça”dan “Real”a 30 milyon avro qarşılığında transfer olunub.

Orijinal mənbə

İdman24 əsas səhifə