İdman24
Digər · APA Sport

Murad Məmmədov “Pafos”da Qol hesabını açdı

UEFA Konfrans Liqasında III təsnifat mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, bu gün cavab matçları keçirilir.

Azərbaycan millisinin üzvü Murad Məmmədovun komandası "Pafos" da növbəti oyununa çıxıb.

Komanda hazırda "Zalsburq"la qarşılaşır. Görüş həmyerlimiz üçün əlamətdar olub.

Meydana 82-ci dəqiqədə daxil olan Məmmədov 2 dəqiqə sonra yeni komandasında qol hesabını açıb.

Qeyd edək ki, davam edən matçda hesab 3:3-dür.

Orijinal mənbə

İdman24 əsas səhifə