AFFA Premyer Liqa klublarını CƏZALANDIRIB

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:
30.10.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Turan Tovuz”– “Sabah” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
31.10.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Qəbələ”– “Qarabağ” oyununda “Zona 1” ərazisində kənar şəxslər olduğuna görə “Qəbələ” komandası 1000 manat cərimə edilsin (maddə 86.12);
31.10.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Qəbələ”– “Qarabağ” oyununda “Qarabağ” komandasının 9 nömrəli futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilsin (maddə 83.2);
31.10.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Qəbələ”– “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
01.11.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Şamaxı”– “Neftçi” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
01.11.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Şamaxı”– “Neftçi” oyununda “Neftçi” komandasının fotoqrafı tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə “Neftçi” komandası 500 manat cərimə edilsin (maddə 99, 94, 72);
02.11.2026-cı il tarixində Misli Premyer Liqasında X turun “Sumqayıt”– “Şəfa” oyununda “Şəfa” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
27.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Səbail”– “Zirə” oyununun 80-ci dəqiqəsində “Səbail” komandasının 90 nömrəli futbolçusu Samuel Nonqoh ikinci sarı vərəqə aldığına görə 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
27.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Səbail”– “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
28.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin MOİK – “Şahdağ Qusar” oyununun 73-cü dəqiqəsində MOİK komandasının 80 nömrəli futbolçusu Zahid Mərdanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, MOİK komandası 900 manat cərimə edilsin (maddə 45.1);
28.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Şəfa” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının həkimi olmadığına görə “Ağstafa Gəncləri” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);
29.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Xankəndi” – “Gəncəbasar” oyununda “Xankəndi” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
29.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Zəngəzur” – “Karvan-Yevlax” oyunu Təcili Tibbi yardım Avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Zəngəzur” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
30.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VIII turun “Qəbələ-2”– “Sabah-2” oyununda “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
31.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VIII turun “Turan Tovuz-2”– “İmişli-2” oyununda “İmişli-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
02.11.2026-cı il tarixində Liv Bona Dea Qadınlar Super Liqasının Araz-Naxçıvan PFK - Neftçi PFK oyununun 37-ci dəqiqəsində Araz-Naxçıvan PFK komandasının 8 nömrəli oyunçusu Aytac Nemətova 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
31.10.2026-cı il tarixində AFFA U-14 Liqasının Türkan (Bakı) - Sabah FK oyununda Türkan (Bakı) komandası əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğu üçün Türkan (Bakı) komandasına texniki məğlubiyyət verilsin, hesab olduğu kimi saxlansın (maddə 50).