Formula 1 · F-1.az
Rassell: Mən hələ heç vaxt bu cür üstünlüklə poul qazanmamışam

Corc Rassell Bakıda keçirilən sıralanma turunda qələbə qazanıb və Avstriya mərhələsindən sonra ilk dəfə pouldan start alacaq. Mercedes sürücüsünün ən yaxın rəqibləri Şarl Lekler və Oskar Piastri üzərində üstünlüyü səkkiz onda bir saniyəni keçib və Mercedes sürücüsü bu fərqi karyerasındakı ən böyük üstünlük adlandırıb.