Azərbaycanın çimərlik voleybolçuları EEVZA çempionatında mübarizə aparacaqlar

Azərbaycanın qız və oğlanlardan ibarət çimərlik voleybolu üzrə milli komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-16, U-18 və U-20 yaş qrupları üzrə çempionatlarında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Komandalar yarışa qatılmaq məqsədilə bu gün Latviyaya yola düşüblər.
U-18 yaş qrupu üzrə yarışlar 1–3 iyul, U-16 yaş qrupu üzrə çempionat 4–5 iyul, U-20 yaş qrupu üzrə yarışlar isə 15–17 iyul tarixlərində keçiriləcək. Hər üç yaş qrupu üzrə qarşılaşmalar Latviyanın Cesis şəhərində təşkil olunacaq.
Komandalarımız yarışlarda baş məşqçi Atvars Vilde və məşqçi Nihad Tərverdiyevin rəhbərliyi altında mübarizə aparacaqlar.
Azərbaycan EEVZA çempionatlarında aşağıdakı cütlüklərlə təmsil olunacaq:
1. Dilarə Ağayeva / Ulyana Kovalyova
2. Aydan Mirzəyeva / Aylin Əlizadə
1. Leyla Əliyeva / Dilarə Ağayeva
2. Feyza Bolat / Cəmilə Bəşirova
1. Emil Safronov / Tamerlan Tağlıyev
1. Səbinə Əlizadə / Leyla Əliyeva
2. Feyza Bolat / Cəmilə Bəşirova
1. İbrahim Məmmədov / Muhəmməd Aslanlı
2. Emil Safronov / Tamerlan Tağlıyev
Qeyd edək ki, çimərlik voleybolçularımız EEVZA çempionatları ilə yanaşı, Latviyanın paytaxtı Riqada keçiriləcək Baltikyanı ölkələrin açıq çempionatında da qüvvələrini sınayacaqlar.