Digər · APA Sport
Müller daha 1 il MLS klubunda

Kanadanın "Vankuver" klubu hücumçu Tomas Müllerin müqaviləsinin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Almaniya millisinin sabiq üzvü ilə daha bir il bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Tomas Müller 2025-ci ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Vankuver"ə keçib. 37 yaşlı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.