İdman24
Futbol · APA Sport

UEFA klublara 31,5 milyon avro ödəyəcək

UEFA Millətlər Liqasında iştirak edən futbolçularına görə klublara 31,5 milyon avro ödəyəcək.

Apasport.az xəbər verir ki, UEFA 2024/25 mövsümündə Millətlər Liqasında çıxış etmiş futbolçuları olan 611 kluba vəsait ayıracaq. Bu, yeni maliyyələşdirmə proqramı çərçivəsində ilk ödənişdir.

Maliyyələşdirmə xüsusi formula əsasında həyata keçiriləcək. Millətlər Liqası və ya seçmə mərhələ oyununda futbolçunun meydana çıxdığı hər qarşılaşmaya görə kluba 3845 avro ödəniləcək. Hesablama sistemi əvvəlki Millətlər Liqası dövründəki ilə eyni olaraq qalır.

Ümumilikdə Millətlər Liqasının hər iki dövrü və AVRO-2028-in seçmə mərhələsi üçün klublara 104 milyon avro ayrılıb.

Bu ödənişlər milli komandaların oyunları zamanı futbolçularını yığmalara göndərən klubların itkilərinin kompensasiya edilməsi məqsədi daşıyır.

Orijinal mənbə

İdman24 əsas səhifə