İdman24
Digər · APA Sport

Amil Ağacanov: “Ağır məğlubiyyətlə üzləşdik”

Misli Premyer Liqasının VI turunda "Neftçi" "Qəbələ"ni məğlub edib - 3:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın məşqçisi Amil Ağacanovun mətbuat konfransı keçirilib.

"Ağır məğlubiyyət oldu. Deyiləsi sözümüz çoxdur. Rəqibin son oyunlarını təhlil etmişdik. Bilirdik ki, çox keyfiyyətli, aqressiv futbolçuları var. Yeni baş məşqçimiz gəlib, son 2-3 ildə oynadığımız sistemi dəyişmişdik. Bunun yaxşı tərəfləri də var idi. 0:1-ə qədər yaxşı oynayırdıq, top saxlayırdıq, aqressivliyimiz var idi. Ancaq rəqib sonda meydana sürətli futbolçularını buraxdı. Təəssüf ki, sonda ağır məğlubiyyətlə üzləşdik".

- Yayda əcnəbi qapıçı gətirdiniz. Artur Mottanın hazırlıq durumu necədir? - Biz onu birinci qapıçı kimi gətirməmişik. Kim güclüdürsə, o da dayanacaq qapıda. Bizdə Həbib Hüşənov da var. U-20 yığmasındadır. Onların toplanışları daha çox olduğu üçün qapıçı axtarırdıq. Rəqabət üçün qapıçı dəvət etdik. Səlahət Ağayev yaxşı formadadır. Arturdan da razıyıq. Gələcəkdə imkan olarsa, onu da meydana buraxacağıq.

Orijinal mənbə

İdman24 əsas səhifə