Digər · APA Sport
“Trabzonspor” Aral Şimşirlə razılaşdı - 4 illik müqavilə

“Trabzonspor” Danimarkanın “Midtyulland” klubunda çıxış edən Aral Şimşiri heyətinə qatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi 22 yaşlı futbolçu ilə 4 illik müqavilə barədə razılıq əldə edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
“Trabzonspor” və “Midtyulland”ın da transfer üçün razılığa çox yaxın olduğu bildirilir. Keçidin 13 milyon avro transfer haqqı və 2 milyon avro bonus qarşılığında gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2025/2026 mövsümündə “Midtyulland”ın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 11 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.