İdman24
Digər · APA Sport

“Old Trafford”da tamamlanmamış işlərim var"

Markus Reşford “Mançester Yunayted”ə qayıtmaq qərarı barədə danışıb.

Apasport.az xəbər verir ki, ingiltərəli hücumçu klubdan ayrı qaldığı müddətdə də “Yunayted”lə bağlarının qopmadığını bildirib.

“Hətta klubdan uzaqda olsam belə, mənim bir hissəm heç vaxt “Yunayted”i tərk etmədi. İrəli getməyə çalışdım, lakin başa düşdüm ki, “Old Trafford”da tamamlanmamış işlərim var.

Gələcəyimlə bağlı Rio ilə danışdım. O, mənə xatırlatdı ki, bütün həyatım boyu “Mançester Yunayted”də uğur qazanmaq arzusu ilə yaşamışam və bir çətin dövr hər şeyi silə bilməz.

Sonra Maykl Kerriklə danışdım. O, heç bir vəd vermədi, sadəcə, hələ də özümə inanıb-inanmadığımı soruşdu. Həmin an anladım ki, hər şeyi başqa yerdə yox, məhz burada sübut etmək istəyirəm.

Qayıtmaq geriyə addım deyil. Mən daha fərqli düşüncə, daha çox təcrübə və azarkeşlərə yenidən qürur hissi yaşatmaq arzusu ilə evə qayıdıram”.

Orijinal mənbə

İdman24 əsas səhifə