Digər · APA Sport
Neymar ZƏDƏLƏNDİ

Braziliyanın "Santos" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Neymar sıradan çıxıb.
Bu barədə "Ge Globo" nəşri məlumat yayıb.
Ulduz futbolçunun ayaq əzələsində yırtıq aşkarlanıb. 34 yaşlı vinger təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Neymar cari mövsümdə "Santos"un heyətində meydana çıxdığı 24 rəsmi matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.