İdman24
Digər · APA Sport

“Bayer”dən icarə - Faye “Selta”ya keçdi

Almaniyanın “Bayer” klubu seneqallı müdafiəçisi Abdoulaye Fayeni İspaniya təmsilçisi “Selta”ya icarəyə göndərib.

Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçu 2026/2027 mövsümünün sonunadək La Liqa klubunda çıxış edəcək. İcarə müqaviləsində satınalma hüququ nəzərdə tutulmayıb.

“Bayer” Fayeni 2025-ci ilin yayında İsveçin “Hakken” klubundan transfer etmişdi. O, ötən mövsümü Fransanın “Loryan” komandasında icarədə keçirib.

Seneqallı mərkəz müdafiəçisi 2025/2026 mövsümündə Liqa 1-də 17 oyunda meydana çıxıb.

Orijinal mənbə

İdman24 əsas səhifə