İdman24
Digər · APA Sport

Zaur Həşimov: “Məğlubiyyətin bizə çox xeyri olacaq”

Misli Premyer Liqasının IV turunda "Neftçi" "Şəfa"nı qəbul edib - 4:1.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.

"I hissədə daha intizamlı oynamağı bacardıq. Bir səhvdən qol buraxdıq. İkinci hissəyə də pis başlamamışdıq. Ard-arda gələn qollardan sonra komanda ruhdan düşdü. Belə oyunlarda komandanın təcrübəsi daha da artır. Düşünürəm ki, bu məğlubiyyətin bizə çox xeyri olacaq".

- Nicat Mehbalıyevin qapıda inamsız oyunu haqda düşüncələriniz? - Nicat bir neçə mövsümdür stabil oynamır. Biz istəyirik ki, onu yenidən qazanaq. Ona görə də üstünə çox getmirik. Tək onun səhvindən məğlub olduğumuzu düşünmürəm.

- Heyətlə bağlı peşmançılığınız varmı? - Xeyr, belə düşünmürəm. Futbolçularıma güvənirəm.

Orijinal mənbə

İdman24 əsas səhifə