Digər · APA Sport
A Seriyası: IX tura yekun vurulub

İtaliya A Seriyasında IX turun oyunları başa çatıb.
Apasport.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
“Frozinone” doğma meydanda “Leççe”ni qəbul edib. Meydan sahibləri rəqibini 5:1 hesabı ilə darmadağın edib.
Günün son matçı isə Florensiyada baş tutub. “Fiorentina” öz meydanında “Atalanta” ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.