İdman24
Döyüş İdmanı · APA Sport

Akif Quluzadə yenidən rinqə çıxır – Döyüş Banqkokda olacaq

Azərbaycanlı kikboksinq və muay-tay döyüşçüsü Akif “King” Quluzadə növbəti qarşılaşmasına çıxacaq.

Apasport.az xəbər verir ki, təmsilçimiz ONE FC turniri çərçivəsində qüvvəsini sınayacaq.

Quluzadənin rəqibi Ferrari Fairtex olacaq. Yüngül çəki dərəcəsində keçiriləcək döyüş sentyabrın 4-də Tailandın paytaxtı Banqkokdakı “Lumpinee Stadium”da baş tutacaq.

Akif Quluzadə indiyədək ONE FC-də 6 döyüş keçirib. Azərbaycanlı idmançı bu qarşılaşmaların 5-də qələbə qazanıb, yalnız birində məğlub olub.

Qeyd edək ki, Quluzadə Ordu İdman Klubunun üzvüdür.

Orijinal mənbə

İdman24 əsas səhifə