İdman24
Digər · APA Sport

Musialanın yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala zədəsini sağaltmağa yaxındır.

Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Arsenal”la və Bundesliqanın 7-ci turunda “Frayburq”la keçiriləcək görüşləri buraxacaq.

Almaniya millisinin üzvünün oktyabrın 28-də ölkə kubokunda “Maqdeburq”a və ya oktyabrın 31-də Bundesliqada Dortmund “Borussiya”sına qarşı matçda meydana qayıdacağı gözlənilir.

Qeyd edək ki, Musiala sentyabrda Almaniya millisinin düşərgəsində olarkən bud nahiyəsindən zədələnib. Müayinələr zamanı onun bud əzələsində qismən yırtıq aşkarlanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə