FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 17° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - Yenilənib Futbol 30 oktyabr, 2026 17:53 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.
"Report" un məlumatına görə, tədbir Bakı Kristal Zalında baş tutub.
Bağlanış şousu hər biri Azərbaycanın milli mədəniyyətini və idman ruhunu əks etdirən 8 səhnədən ibarət olub.
Şou zamanı uşağın 11 metrlik penalti zərbəsi ilə impuls yaratması, balet artistlərinin Xəzər dənizini canlandırması, Toğrul Nərimanbəyovun əsərinin rəqslərlə təqdim olunması və atlı fiqurun çıxışı nümayiş etdirilib.
Eyni zamanda, nağaraçıların Şəki Xan Sarayının naxışları ətrafında kompozisiyası, "Sarı Gəlin" sədaları altında milli rəqs, Azər Nəsibovun 189 nəfərlik xor ilə işıq dairələrindəki çıxışı və nəhayət, iştirakçıların meydanı tərk edərək çempionatın loqosu ilə tədbiri yekunlaşdırması tamaşaçılara təqdim olunub.
Oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub.
Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış görüşü Bakı Kristal Zalında baş tutub. Final qarşılaşmaları da bu məkanda təşkil olunur.
Bu gün, saat 18:00-da U-15 dünya çempionatının həlledici oyunu keçiriləcək. Turnirin A Divizionunun finalında İspaniya və Çexiya komandaları üz-üzə gələcəklər.
Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi başlayıb.
"Report" un məlumatına görə, tədbir Bakı Kristal Zalında keçirilir.
Oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub.
Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış görüşü Bakı Kristal Zalında baş tutub. Final qarşılaşmaları da bu məkanda təşkil olunur.
Bu gün, saat 18:00-da U-15 dünya çempionatının həlledici oyunu keçiriləcək. Turnirin A Divizionunun finalında İspaniya və Çexiya komandaları üz-üzə gələcəklər.
Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Foto Samirə Həsənova Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto В Баку прошла церемония закрытия ЧМ и фестиваля FIFA U-15 - Обновлено Foto FIFA U-15 World Cup and Festival closing ceremony held in Baku – Updated --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 18:37 Foto Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər Turizm 18:30 Foto Gəncə Regional Turizm Şurasının ilk iclası keçirilib Turizm 18:23 Azərbaycanda sığorta bazarı üçün rəqəmsal pasport yaradılacaq Maliyyə 18:21 Foto ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib Elm və təhsil 18:20 XIV Leo ABŞ-də keçirilən seçkilərdə səs verən ilk Roma Papası olub Digər ölkələr 18:17 Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları ilə müəyyənləşdiriləcək İnfrastruktur 18:16 Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrinin gücləndirilməsi müzakirə olunub Xarici siyasət 18:05 "Ziraat Bank Azərbaycan"ın istiqrazlarına 110 investor maraq göstərib Maliyyə 18:04 İSB son 5 ildə 5 milyon manatdan çox kompensasiya ödəyib Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.