Millimiz dünya çempionatına Bakıda hazırlaşır

Sərbəst güləş üzrə milli komandamız bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında ümumi və xüsusi hazırlıq üzrə toplanışa start verib.
Apasport.az xəbər verir ki, bu barədə AGF-in mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 19-dək davam edəcək hazırlıq prosesində məşqçilər Taymuraz Kokoyev və Arif Abdullayevin rəhbərliyi altında Muhəmməd İsmayılov, Hüseyn Rzazadə, İbrahim Həsənov (hamısı 57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev, Hüseyn Hüseynov, Ayxan Abdullazadə (hamısı 65 kq), Ramik Heybətov, Hacı Kərimov (hər ikisi 70 kq), Ağanəzər Novruzov, Nihad Abbasov (hər ikisi 74 kq), Elcan İsmayılzadə, Elxan Qarayev (hər ikisi 79 kq), Səbuhi Əmiraslanov (86 kq), Təbriz Bayramov, Anar Cəfərli (hər ikisi 92 kq), Səid Paşayev, Zəfər Əliyev (hər ikisi 97 kq), Xetaq Karsanov, Muxamad Qantemirov və Yusif Dursunov (hamısı 125 kq) iştirak edir.
Qeyd edək ki, toplanış oktyabrın 12-dən 18-dək ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək U23 dünya çempionatına hazırlıq xarakteri daşıyır.