Futbol · APA Sport
“Lokomotiv”in yetirməsi “Sabah”da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "bayquşlar" Amin Ramazanovu tranafer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan Amin karyerası ərzində “Qarabağ” və “Zaqatala” klublarında çıxış edib.