İdman24
Digər · APA Sport

Aleksis Sançes rəsmən MLS-də

Çilili futbolçu Aleksis Sançesin yeni ünvanı məlum olub.

Apasport.az xəbər verir ki, 37 yaşlı hücumçu “Monreal”la anlaşıb.

Tərəflər arasında müqavilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Sançesin son klubu “Sevilya” olub. O, daha əvvəl “Barselona”, “Arsenal”, “Mançester Yunayted”, “İnter” kimi tanınmış komandalarda forma geyinib.

Orijinal mənbə

İdman24 əsas səhifə