Formula 1 · F-1.az
Fernando Alonso: Hələlik heç bir vaxt çərçivəsi deyə bilmirəm

Fernando Alonso hələ növbəti mövsümdə Formula 1-də çıxışını davam etdirib-etdirməyəcəyinə qərar verməyib. Zandfortda ispaniyalı sürücü bildirib ki, gələcəyini Lourens Stroll və Ədrian Nyui ilə müzakirə edəcək, bundan sonra komandada hansı rolda qalacağına qərar verəcək.