İdman24
Digər · APA Sport

Fərid Namazov: “Güclü rəqiblərə qarşı planlarımız başqa olacaq”

"İmişli" Misli Premyer Liqasının IV turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Rəqibi təbrik edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Rəqibdə məşqçi dəyişikliyi olmuşdu. Adətən yeni məşqçi gələndə komanda daha istəkli olur. İlk 15 dəqiqə gözlədiyimiz kimi "Qəbələ"nin təzyiqi ilə keçdi. Qapımızın qarşısında çox boşluqlar verdik. Rəqibin hansı sistemlə oynayacağını bilmirdik. Penaltidən yararlana bilmədik. Oyunu bərabərləşdirməyə çalışırdıq. İkinci hissədə maraqlı və sürətli oyun oldu. Təəssüflər olsun ki, yaxşı oynadığımız vaxtda qol buraxdıq. Bundan sonra bir az düşüş oldu. Səyahət Ağayevin çıxışını da qeyd edərdim. Kritik qurtarışlar etdi. Azarkeşlərimizə təşəkkür edirəm".

- Məğlubiyyətin səbəbi rəqibin taktiki dəyişikliyi idi? - Bunun da təsiri oldu. "Qəbələ"də istək daha çox idi. Uşaqlara tapşırmışdıq ki, öz oyun planımızdan kənara çıxmayaq. Amma təzyiq çox oldu deyə topa nəzarət edə bilmədik. Həm taktika, həm də istək ön plana çıxdı.

- Ardıcıl "Neftçi", "Sabah" və "Qarabağ"la oynayacaqsız... - Hamı bu qrafikdə oynayacaq. Hazırda "Araz-Naxçıvan"da bu qrafik var. Yaxşı oldu ki, ilk turları özümüzə uyğun komandalarla oynadıq. Güclü rəqiblərə qarşı planlarımız başqa olacaq. Uduzmaq üçün meydana çıxmayacağıq.

Orijinal mənbə

İdman24 əsas səhifə