"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 26° C USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək Fərdi 23 sentyabr, 2026 10:05 29 sentyabr - 1 oktyabr aralığında Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri keçiriləcək.
Federasiyadan "Report" a verilən məlumata görə, ənənəvi reqata ikinci dəfə Füzulidə, Köndələn su anbarında start götürəcək.
Sentyabrın 29-da Füzulidə yarışın rəsmi açılış mərasimi, kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər baş tutacaq. Həmçinin Füzuli sakinləri, xüsusən uşaq və yeniyetmələr üçün maraqlı şoular, əyləncəli viktorinalar təşkil olunacaq. Həvəskar kayak qayıqlarında avar çəkmək imkanı yaradılacaq.
Növbəti iki gün reqata Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Burada bütün növlər üzrə yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək.
"Mingəçevir Reqatası"nda 12 ölkə – Azərbaycan, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.
Xatırladaq ki, 2022-ci ildən etibarən Azərbaycan Su İdman Növləri Federasiyası ardıcıl olaraq Suqovuşan, Köndələn su anbarlarında avarçəkmə və kanoe üzrə "Prezident Kuboku" və "Mingəçevir Reqatası" kimi beynəlxalq yarışlar keçirir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu il ilk dəfə Sərsəng su anbarında beynəlxalq yarış keçirilib. Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş "Prezident Kuboku-2026" reqatasının ilk günü Sərsəngdə baş tutub.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 26° C Son xəbərlər 11:36 100 000 AZN-dək kredit 5 %-dək endirimlə - "Expressbank"da Maliyyə 11:34 Foto Bakıda "Alfa Pragmatic Fintech" konfransı keçirilib Maliyyə 11:33 Zaur Mikayılovun vətəndaşlarla görüş tarixi dəyişdirilib İnfrastruktur 11:32 Famil Xəlilov: "Bakıda keçiriləcək U-15 dünya çempionatında yaxşı nəticə qazanmaq istəyirik" Futbol 11:32 Bu gün əfv olunanlardan 5-i əcnəbidir Daxili siyasət 11:26 Azərbaycanda 8 ayda 97 internet resursuna giriş məhdudlaşdırılıb İKT 11:25 Foto "InvestAZ" "PRO APP" yeni kampaniya filmində peşəkar qərarların arxasındakı yanaşmanı göstərir Maliyyə 11:22 Martin Ryan əfv edilib Daxili siyasət 11:22 İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.