Digər · APA Sport
“Əl-Nəsr” yeni baş məşqçisini açıqladı - Postekoğlu ilə müqavilə imzalandı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, komandanı bundan sonra avstraliyalı mütəxəssis Anqe Postekoğlu çalışdıracaq.
Tərəflər arasında 2028-ci ilin yayına qədər nəzərdə tutulan iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Postekoğlu son olaraq İngiltərənin “Tottenhem” klubunu çalışdırıb.
O, 2024/25 mövsümündə London təmsilçisini UEFA Avropa Liqasının qalibi edib.