Azərbaycan boksçusu Cəmilə Muradlı Avropa çempionu olub

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 23° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb - YENİLƏNİB Fərdi 11 oktyabr, 2026 17:15 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Boks üzrə Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında daha bir medal qazanıb. Komandanın heyətində Səma Abbasova (66 kq) fəxri kürsüyə yüksəlib.
"Report" xəbər verir ki, A.Abbasova finalda Ada Eybeyə (Türkiyə) məğlub olaraq gümüş medala yiyələnib.
Bununla da yığmanın medallarının sayı 5-ə yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 3 idmançımız final döyüşünə çıxacaq.
Azərbaycan idmançısı Cəmilə Muradlı Monteneqronun Budva şəhərində keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.
Azərbaycan Boks Federasiyasından "Report" a verilən məlumata görə, 57 kq çəkidə mübarizə aparan milli komandanın üzvü finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən C.Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Представительница Азербайджана стала чемпионкой Европы по боксу среди юниоров Azerbaijan's Jamila Muradli wins European U17 boxing title in Budva --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 17:15 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb - YENİLƏNİB Fərdi 17:08 Pakistanın bir əyalətində İmran Xanın tərəfdarlarının etirazları fonunda fövqəladə vəziyyət elan edilib Digər ölkələr 16:48 Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib Digər ölkələr 16:33 Çexiyada parlament seçkilərinin birinci turunda beş senator seçilib Digər ölkələr 16:15 Foto Biləsuvarda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var Hadisə 16:03 Roma Papası ağciyərindən əməliyyat olunacaq Digər ölkələr 15:46 Naxçıvanın Əməkdar jurnalisti vəfat edib Media 15:45 Foto Video Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var Hadisə 15:39 67 yaşlı atlet: "Gələn il beynəlxalq Xankəndi marafonunda nəticəmi yaxşılaşdırmağa çalışacağam" Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.