İdman24
Döyüş İdmanı · Report İdman

Elnur Məmmədov: "Xammal bazarlarında sabitliyin daha çox olmasında maraqlıyıq"

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Elnur Məmmədov: "Xammal bazarlarında daha çox sabitliyin olmasında maraqlıyıq" Energetika 08 oktyabr, 2026 13:13 Elnur Məmmədov Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan xammal bazarlarında daha çox sabitlikdə, həmçinin Rusiya-Ukrayna münaqişəsinin və Yaxın Şərqdəki vəziyyətin tezliklə nizamlanmasında maraqlıdır.

Report xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov İspaniyanın "20 Minutos" nəşrinə müsahibəsində bildirib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan Rusiya və Ukrayna arasındakı münaqişənin, həmçinin Yaxın Şərqdə, Hörmüz boğazı ətrafındakı qeyri-sabitliyin bəzi təsirlərini hiss edir: "Buna baxmayaraq, boğazdakı vəziyyət Avropaya tədarüklərin həyata keçirildiyi Azərbaycanın qaz və neft kəmərlərinə birbaşa təsir göstərmir".

E.Məmmədov vurğulayıb ki, bu proseslər regionun istənilən ölkəsində narahatlıq doğurur: "Azərbaycan bazarlarda daha çox sabitliyin olmasında və münaqişələrin tezliklə nizamlanmasında maraqlıdır. Lakin coğrafi baxımdan Hörmüz boğazındakı vəziyyət bizim qaz və neft kəmərlərimizə birbaşa təsir göstərmir, çünki onlar Gürcüstan və Türkiyə vasitəsilə Xəzər dənizindən, daha sonra isə Avropaya keçir".

O, Azərbaycanın 2011-ci ildə inkişafına təkan verdiyi Cənubi Qafqaz dəhlizini nümunə göstərib. Nazir müavininin sözlərinə görə, o zaman Rusiya tədarükləri səbəbindən bu marşruta tələbat olacağına çox az inanılırdı, lakin zamanla Azərbaycan tərəfinin haqlı olduğu təsdiqlənib.

E.Məmmədov deyib ki, hazırda Avropada Azərbaycan qazına yüksək tələbat var: "Azərbaycan onu boru kəmərləri vasitəsilə 16 ölkəyə, o cümlədən 8-i Avropa İttifaqının üzvü olan 10 Avropa ölkəsinə tədarük edir".

Nazir müavini əlavə edib ki, Azərbaycan xam neft və təbii qazın fasiləsiz tədarükünü təmin edir: "Paralel olaraq, ölkə Azərbaycanda və Mərkəzi Asiyada bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Avropaya ixracı üçün "yaşıl enerji" dəhlizləri üzərində işləyir".

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Aynur Əsgərli Sosial şəbəkələrdə paylaşın Скопировано Эльнур Мамедов: Азербайджан обеспечивает бесперебойные поставки нефти и газа на мировые рынки Elnur Mammadov: Azerbaijan ensures uninterrupted oil and gas supplies to global markets --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 13:58 Ammar Alesah: Suriya itkin düşmüş şəxslər probleminin həllində Azərbaycanla əməkdaşlıqda maraqlıdır Xarici siyasət 13:52 İvan Smilqin: "Belarus-Azərbaycan tərəfdaşlığı strateji səviyyəyə yüksəlib" Biznes 13:51 Bakıda itkin düşmüş şəxslərlə bağlı humanitar əməkdaşlıq üzrə panel sessiyası keçirilib Xarici siyasət 13:49 Dünya çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB Fərdi 13:43 Səfir: "Minsk və Bakı ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir" ASK 13:35 Suriya Milli İtkin Şəxslər Komissiyası: Ölkədə təxminən 140 min nəfər itkin düşüb Xarici siyasət 13:33 Polşada məktəbə hücum nəticəsində ölən və yaralananlar var Digər ölkələr 13:32 ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb İnfrastruktur 13:29 Son 5 ildə Belarusla Azərbaycan arasında aqrar məhsulların qarşılıqlı ticarəti 2 dəfə artırıb ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə