Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib

İlham Əliyev Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib Fərdi 28 sentyabr, 2026 18:09 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi Azərbaycan Su İdmanı Federasiyasının (ASİNF) nümayəndələri Füzuli sakinləri ilə görüşüb.
ASİNF-dan "Report" a verilən məlumata görə, Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlərlə görüş zamanı sentyabrın 29-da Köndələn su anbarında təşkil olunacaq tədbir barədə məlumat verilib.
Qeyd olunub ki, Füzuli "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasiminə və ilk yarış gününə ev sahibliyi edəcək.
Saat 11:00-dan etibarən Köndələn su anbarında avarçəkənlərin nümunəvi çıxışları və maraqlı su şouları təşkil olunacaq.
Eyni zamanda, uşaq və yeniyetmələr üçün müxtəlif viktorinalar və intellektual yarışmalar keçiriləcək, federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Füzuli sakinləri üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı da yaradılacaq.
Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.
Sentyabrın 29-da Füzulidə açılış mərasimi və ilk yarışlar keçirildikdən sonra turnir sentyabrın 30-u və oktyabrın 1-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:29 Gədəbəy rayonuna icra başçısı təyin olunub Daxili siyasət 18:28 Naftalan şəhərinə icra başçısı təyin edilib Daxili siyasət 18:28 Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub Daxili siyasət 18:24 Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb Hadisə 18:23 Foto Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib Sosial müdafiə 18:15 Böyük Britaniyadakı Azərbaycan tələbə təşkilatları parlamentarilərə Anım Günü ilə bağlı müraciət ünvanlayıblar Diaspor 18:11 Yuri Qusev ukraynalı uşaqlara dəstəyə görə Azərbaycana təşəkkür edib Xarici siyasət 18:10 Foto Azərbaycan çay mədəniyyəti Brüsseldə keçirilən beynəlxalq festivalda təqdim olunub Xarici siyasət 18:09 Foto Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.