İdman24
Digər · Report İdman

Saşa Herkenrat-Vimar: "Asiya Kubokunda 5 cüdoçu ilə 5 medal qazanaraq hədəfə çatdıq"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Saşa Herkenrat-Vimar: "Asiya Kubokunda 5 cüdoçu ilə 5 medal qazanaraq hədəfə çatdıq" Fərdi 02 noyabr, 2026 16:53 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın gənc cüdoçuları üçün İordaniyanın paytaxtı Ammanda keçirilən Asiya Kuboku uğurlu alınıb.

Bunu "Report" a açıqlamasında cüdo üzrə gənc qızlardan ibarət milli komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimar deyib.

Mütəxəssis yığmanın qarşıya qoyduğu hədəfə çatdığını və məhdud heyətlə qızlar arasında komanda hesabında birinci yeri tutduqlarını bildirib:

"İordaniyanın paytaxtı Ammanda keçirilən Asiya Kubokunu komanda üçün uğurlu hesab edirəm. Turnirdən əvvəl əsas hədəfimiz hər bir idmançımızın medal uğrunda mübarizə aparması idi. Beş cüdoçu ilə 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq qarşıya qoyduğumuz məqsədə nail olduq. Üstəlik, məhdud heyətlə iştirak etməyə baxmayaraq, qızlar arasında komanda hesabında birinci yeri tutduq. Bu, bizim üçün olduqca sevindirici göstəricidir".

Baş məşqçi Ayan Əliyevanın son aylardakı inkişafının bəhrəsini gördüyünü, karyerasında ilk beynəlxalq mükafatın qızıl medal olduğunu vurğulayıb:

"Ayan Əliyevanın çıxışını xüsusi qeyd etmək istəyirəm. O, son aylarda məşqlərdə ciddi irəliləyişə nail olub və bunun bəhrəsini Ammanda gördük. Ayanın karyerasında ilk beynəlxalq mükafatın məhz qızıl medal olması zəhmətinin layiqli qarşılığıdır. Gülşən Hüseynovanın da performansından razı qaldım. Onun artıq kifayət qədər beynəlxalq təcrübəsi olsa da, əvvəlki turnirlərdə potensialını tam nümayiş etdirə bilməmişdi. Bu dəfə isə özünü ən yaxşı tərəfdən göstərərək çempion oldu. Gülgəz Musayeva da inamlı mübarizə apardı və yalnız finalda komanda yoldaşı Gülşən Hüseynovaya məğlub olaraq gümüş medala sahib çıxdı".

Mütəxəssis Aytən Verdiyeva və Çinarə Sadıqovanın daha yüksək nəticələr əldə etmək potensialına malik olduqlarını, lakin bu yarışda imkanlarını tam reallaşdıra bilmədiklərini söyləyib:

"Aytən Verdiyeva və Çinarə Sadıqovanın isə daha yüksək nəticələr əldə etmək imkanlarının olduğunu düşünürəm. Hər ikisi çempionluq uğrunda mübarizə aparmaq üçün kifayət qədər potensiala malikdir. Lakin bu turnirdə bacarıqlarını tam göstərə bilmədilər. Bununla belə, Çinarənin ilk beynəlxalq medalını qazanması onun karyerasında mühüm addımdır".

Saşa Herkenrat-Vimar idmançılardan gözləntilərinin yüksək olduğunu, onların hər görüşə qələbə əzmi ilə çıxmalarını istədiyini diqqətə çatdırıb:

"Ola bilsin ki, idmançılardan gözləntilərim yüksəkdir. Ancaq bu, məqsədyönlü yanaşmadır. İstəyirəm ki, onlar hər görüşə öz güclərinə inanaraq və qalib gəlmək əzmi ilə çıxsınlar. Bunun üçün texniki və taktiki hazırlıqla yanaşı, psixoloji amillər də böyük əhəmiyyət daşıyır. İdmançılarımıza aşılamaq istədiyim əsas prinsiplərdən biri budur: tatamiyə sadəcə iştirak üçün deyil, qələbə qazanmaq məqsədilə çıxmalıyıq".

Baş məşqçi qarşıdakı hazırlıq prosesində cüdoçuların texniki, taktiki və psixoloji hazırlığında mövcud çatışmazlıqların aradan qaldırılmasına diqqət yetirəcəklərini bildirib:

"Təbii ki, bütün cüdoçularımızın üzərində işləməli olduğu məqamlar var. Qarşıdakı hazırlıq prosesində mövcud çatışmazlıqların aradan qaldırılmasına və onların fərdi inkişafına xüsusi diqqət yetirəcəyik. Bununla yanaşı, hər birinin göstərdiyi əzmkarlığın mükafatla nəticələnməsi məni sevindirir. İdmançılarımızla fəxr edirəm".

O, Amman turnirində qazanılan nəticələrin idmançıların dünya reytinqində əhəmiyyətli xallar toplaması baxımından da önəmli olduğunu vurğulayıb:

"Amman səfərinin digər müsbət tərəfi bütün təmsilçilərimizin növbəti mövsüm üçün dünya reytinqində əhəmiyyətli xallar toplamasıdır. Əldə etdiyimiz uğur komandanın inkişafını davam etdirməsi baxımından yaxşı əsas yaradır. Məqsədimiz bu nəticələrlə kifayətlənməyərək daha böyük nailiyyətlərə imza atmaqdır".

Xatırladaq ki, Azərbaycan yığması Asiya Kubokunu 2 qızıl, 2 gümüş və 1 bürünc medalla tamamlayıb. Gülşən Hüseynova (48 kq) və Ayan Əliyeva (63 kq) turnirin qalibi olublar. Gülgəz Musayeva (48 kq) və Aytən Verdiyeva (57 kq) ikinci, Çinarə Sadıqova (52 kq) isə üçüncü yeri tutub.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 17:55 Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub Maliyyə 17:50 Foto Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Media 17:46 Aİ və Britaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir Digər ölkələr 17:38 Foto Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirib Daxili siyasət 17:31 DİM: İstifadəçilər "Şəxsi kabinet"lərinə yalnız etibarlı cihazlardan daxil olmalıdırlar Elm və təhsil 17:31 Foto Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib İnfrastruktur 17:15 Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq Digər ölkələr 17:15 "Liverpul" Vircil van Deyk ilə müqavilənin müddətini uzada bilər Futbol 17:14 Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə