II Liqa: “Qaradağ Lökbatan”dan darmadağın

Futbol üzrə Azərbaycan II Liqasında IV tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub.
"Difai" səfərdə "Kür-Araz"la üz-üzə gəlib. 8 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub. Görüş "Difai"nin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qaradağ Lökbatan" isə öz meydanında "Şəmkir"i 7 cavabsız qolla darmadağın edib - 7:0.
15:30. "Hypers" - "Dinamo" 1:2 Qollar: C.Rəcəbli, 8 - N.Muradlı, 49, Z.Məmmədli, 52
15:30. "Ağdaş" - "Zəngəzur" 0:2 Qollar: R.Voronsov, 79, T.Qurbatov, 83
16:00. "Kür-Araz" - "Difai" 3:5 Qollar: S.Həsənov, 8, B.Əliyev, 11, 38 - A.Xəlilzadə, 40, M.Abbasov, 44, A.Qaracayev, 77, E.Ağalarov, 90+1, M.Məmmədov, 90+7 Qırmızı vərəqə: C.Abbasov, 52, S.Həsənov, 52 (hər ikisi "Kür-Araz")
16:00. "Qaradağ Lökbatan" - "Şəmkir" 7:0 Qollar: R.Quliyev, 15, Ə.Əlizadə, 18, R.Orucov, 20, Ə.Hacılı, 65, 76, Ə.Əlizadə, 84, K.Mahmudov, 89