İdman24
Futbol · APA Sport

“Mançester Siti” “Çelsi”nin ulduzuna “elçi düşdü”

“Mançester Siti” “Çelsi”nin cinah hücumçusu Pedro Netunu transfer etmək niyyətindədir.

Apasport.az xəbər verir ki, London klubu 26 yaşlı portuqaliyalı futbolçu üçün 70 milyon funt sterlinq (təxminən 82 milyon avro) tələb edir.

Məlumata görə, “şəhərlilər” bu keçid uğrunda İtaliyanın “Milan” klubu ilə rəqabət aparır. Milan təmsilçisi Rafael Leaunun mümkün gedişinə görə Netunu əsas namizəd kimi dəyərləndirir.

“Mançester Siti”nin marağının artmasına səbəb isə baş məşqçi Entso Mareskanın futbolçu ilə yenidən işləmək istəməsidir. Pedro Neto daha əvvəl italiyalı mütəxəssisin rəhbərliyi altında “Çelsi”də çıxış edib.

Qeyd edək ki, Pedro Neto ötən mövsüm bütün turnirlərdə 52 oyunda 10 qol vurub, 10 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

Orijinal mənbə

İdman24 əsas səhifə