"Aston Martin" Bakı Qran-prisində AMR26 bolidinin son yenilənməsini təqdim edəcək

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 25° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Aston Martin" Azərbaycan Qran-prisində AMR26 bolidinin son yenilənməsini təqdim edəcək Formula 1 19 sentyabr, 2026 16:19 "Aston Martin" komandası "Formula 1" üzrə Azərbaycan Qran-prisindən sonra AMR26 bolidinin təkmilləşdirilməsi işlərini dayandıracaq və bütün resurslarını 2027-ci il mövsümü üçün yeni bolidin hazırlanmasına yönəldəcək. Hazırkı bolidin son yenilənməsi onun çəkisinin azaldılmasına yönələcək.
"Report" İspaniyanın "Car and Driver" nəşrinə istinadən xəbər verir ki, Bakıdakı şəhər trasında baş tutacaq mərhələ "Aston Martin"in AMR26 üçün yeni komponentlər hazırlayacağı sonuncu mərhələ olacaq.
Bundan sonra komanda mövsümün sonunadək bolidin demək olar ki, yekun versiyasından istifadə edəcək.
2026-cı il mövsümünün ilk yarısı "Aston Martin" üçün asan keçməyib. Komanda performans problemləri ilə üzləşib və belə qənaətə gəlib ki, kiçik yenilənmələrin müntəzəm tətbiqi maşının fundamental çatışmazlıqlarını aradan qaldırmağa imkan verməyəcək.
Adətən "Formula 1" komandaları bolidlərin alt hissəsini, antiqanadlarını, yan pontonlarını və digər elementlərini ardıcıl şəkildə yeniləyərək onları daim təkmilləşdirirlər. Bu cür yanaşma mühəndisləri və konstruktorları hər bir neçə həftədən bir yeni detallar layihələndirməyə, istehsal etməyə və trasa gətirməyə vadar edir.
"Aston Martin" başqa bir strategiya seçib: komanda bu prosesi dayandırıb, problemləri diqqətlə təhlil edib və bir neçə ay ərzində genişmiqyaslı yenilənmə paketi hazırlayıb. O, Macarıstan Qran-prisində təqdim edilib və faktiki olaraq AMR26-nı "B" versiyasına çevirib.
Bu qərar aerodinamiklərə, konstruktorlara və mühəndislərə müxtəlif konsepsiyaları öyrənmək və uzunmüddətli inkişaf tələb edən həll yollarını tapmaq üçün daha çox vaxt verib. "Aston Martin", 2027-ci ilin maşını üçün daha möhkəm əsas yaratmaq məqsədilə 2026-cı il mövsümünün bir hissəsini qurban vermək qərarına gəlib.
Genişmiqyaslı yenilənmə "Aston Martin"ə çempionatın liderləri sırasına daxil olmağa imkan verməyib. İrəliləyiş nəzərəçarpacaq dərəcədə idi, lakin bolidin müntəzəm olaraq təsnifatın ikinci və ya üçüncü seqmentlərinə keçməsi üçün bu kifayət etməyib.
Yenilənmiş AMR26 yalnız bir dəfə - Fernando Alonsonun sayəsində təsnifatın birinci seqmentini keçə bilib. Bununla yanaşı, bolid yarış tempində bir sürətli dövrədə olduğundan daha çox inkişaf edib. Alonso xal qazana bilib, bolid isə şinlərlə daha yaxşı işləməyə başlayıb.
AMR26-nın hazırlanmasının tam dayandırılmasından əvvəl komanda bolidin çəkisinin azaldılması proqramını başa çatdırmaq niyyətindədir. İşlərin Bakıda keçiriləcək Azərbaycan Qran-prisinə qədər başa çatdırılması planlaşdırılır.
Paralel olaraq, "Aston Martin" mövsümün əvvəlində yaranmış problemləri aradan qaldırmaq və 2027-ci ilin ilk Qran-prisinə daha rəqabətqabiliyyətli güc qurğusu ilə qatılmaq üçün Honda ilə əməkdaşlığı davam etdirir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Aynur Əsgərli Sosial şəbəkələrdə paylaşın Скопировано Aston Martin представит на Гран-при в Баку финальное обновление болида AMR26 Aston Martin to unveil final upgrade for AMR26 car at Baku Grand Prix USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:02 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib Daxili siyasət 17:59 "Sülh göyərçini" və ya Paşinyansayağı imitasiya - ŞƏRH Analitika 17:51 Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - YENİLƏNİB Hadisə 17:51 Foto Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib Fərdi 17:39 Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib Digər ölkələr 17:39 Bilgəhdə 2 nəfər dənizdə batıb Hadisə 17:29 Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb Hadisə 17:12 Foto Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək İnfrastruktur 17:01 Foto Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.