İdman24
Digər · APA Sport

Nazim Sadıxov: MƏQSƏD HEÇ VAXT BONUS DEYİL

“Oktaqonda olarkən içimdəki hisslər ortaya çıxır”.

“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov deyib.

O, hər şeyə yenidən başlayacağını bildirib: “Son döyüşdə qələbə üçün hazırlığım kifayət etmədi. İndi hər şeyi sıfırlamışam. Şənbə günü yenidən başlayacam. Oktaqonda olarkən içimdəki hisslər ortaya çıxır. Bu, vəhşi görünə bilər”.

Sadıxov hazırlıq prosesini dəyərləndirib: “Məşqlərdə bir çox şeyi dəyişmişəm. Sırf rəqibimə fokuslanmışam. Hazırlığa yeni məşqçi və sparrinq rəqibləri cəlb etmişəm. Üzərimdə çox çalışmışam. Xalqım və azarkeşlər üçün döyüşəcəm”.

Nazim mümkün bonuslardan danışıb: “Bonus heç vaxt məqsəd deyil. Üslubum həyəcanvericidir. Bu səbəbdən bonus özü məni tapır”.

Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə