Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt

İngiltərə təmsilçisi “Liverpul” Türk Hava Yolları ilə nəhəng sponsorluq müqaviləsi bağlayıb.
Apasport.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Razılaşma 5 il müddətinə nəzərdə tutulub. Müqaviləyə əsasən, Türk Hava Yolları “Liverpul”a hər mövsüm 60 milyon funt sterlinq – təxminən 69,8 milyon avro ödəyəcək.
Beləliklə, anlaşmanın ümumi dəyəri 300 milyon funtu keçəcək.
Türk Hava Yollarının loqosu 2027/28 mövsümündən etibarən klubun əsas komandasının formasının ön hissəsində yer alacaq. Şirkət bu statusda 2010-cu ildən “Liverpul”la əməkdaşlıq edən “Standard Chartered”i əvəzləyəcək.
“Liverpul” rəhbərliyi bu anlaşmanın Premyer Liqa tarixində yalnız formanın ön hissəsini əhatə edən ən dəyərli kommersiya müqaviləsi olduğunu qeyd edib.
Qeyd edək ki, “Standard Chartered”lə hazırkı müqavilənin illik dəyəri təxminən 50 milyon funt sterlinqdir.